Plastik kartları Kreditlər Əmanətlər Əmanət (Bank) seyfləri Xatirə pul nişanları Tariflər Hesabın açılması İnkassasiya Təcili pul köçürmələri

Xatirə pul nişanları

Ölkəmiz böyük bir tarixi hadisənin astanasındadır. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq səviyyədə nüfuzunu daha da yüksəldəcəkdir.

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən belə əlamətdar hadisənin tariximizdə həkk olunması məqsədilə yüksək əyarlı müxtəlif qiymətli metallardan hazırlanmış xatirə pul nişanları tədavülə buraxılıb. Xatirə pul nişanları Böyük Britaniyanın “The Royal Mint” Kral Sikkəxanasında hazırlanıb.
Pul nişanlarının dizayn mövzusu 5 idman növünə həsr olunmuş, üz tərəfində hər bir idman növünün təsvirləri, arxa tərəfində isə Azərbaycan gerbi, aypara və milli ornamentlər əks etdirilib. Pul nişanları ən yüksək estetik tələblərə və beynəlxalq standartlara uyğun hazırlanıb.
Avropa Oyunlarından əbədi xatirə olacaq bu pul nişanlarına həm yerli əhalinin, həm də xarici ölkə vətəndaşlarının marağı olduqca böyükdür. Axı söhbət ilk Avropa Oyunları üçün tədavülə buraxılmış xatirə pul nişanlarından gedir.
“Caspian Development Bank (CDB)” ASC bu marağı nəzərə alaraq xatirə pul nişanlarının satışını
təşkil edir. Sözügedən nişanları əldə etmək istəyən yerli və xarici vətəndaşlar banka (www.cdbbank.az) müraciət edə bilərlər. 

Qeyd edək ki, xatirə pul nişanlarından gümüş tərkibli olanı 70 AZN-ə, nikel tərkibli olanı isə 30 AZN-ə satılır.

Gümüş tərkibli xatirə pul nişanı  70 AZN
Nikel tərkibli xatirə pul nişanı  30 AZN

 

         

 

Copyright: “Caspian Development Bank (CDB)” ASC 2016
Sizə necə kömək edə bilərik?